Azərbaycan Həndbol Federasiyası (AHF) regionlarda fəaliyyət göstərən məşqçilər üçün iki günlük seminar keçirib.
Apasport.az xəbər verir ki, “AHF Arena”da təşkil olunan seminarda ölkənin müxtəlif rayonlarından gələn məşqçi-müəllimlər iştirak ediblər.
Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov federasiyanın iş planı barədə danışaraq yeni mövsümdə 1-ci liqa yarışlarının keçiriləcəyini diqqətə çatdırıb. Həmçinin gələcəkdə nəzərdə tutulan zona yarışlarının vaxtı, məkanı və yeni qaydalar ilə bağlı ətraflı məlumat verilib.
Tədbirdə “Kür” komandasının baş məşqçisi Nasser Salimi həndbolun texnikası və taktikası mövzusu üzrə çıxış edib.
Həndbol məşqçiləri ilə ətraflı müzakirələrdən sonra onlara toplar və sertifikatlar təqdim edilib.
- Millətlər Liqası: Portuqaliya və İspaniyadan qələbə - YENİLƏNİB
- Millimizin baş məşqçisi: "Çalışmalıyıq ki, hər bir oyunda gözəl oyun göstərək və qalib gələk"
- Ən çox qolsuz heç-heçə edən komanda və qırılan seriya
- Misli.az-da yeni futbol və basketbol mərcləri
- Atıcılarımız Dünya Kubokunda iştirak edəcəklər