Hakimlərimiz Avropa çempionatına təyinat alıblar
15.10.2025 - 09:54

Beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyasından yeni təyinat alıblar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Təmsilçilərimiz qadın həndbolçular arasında Avropa çempionatının ikinci qrup mərhələsində təşkil olunacaq Serbiya- Litva görüşünün hakimləri olacaq.
Matç oktyabrın 16-ı Belqrad şəhərindəki “Vojdovaç” İdman Mərkəzində keçiriləcək.
0
0