“Qəbələ”nin futbolçusu əməliyyat olunub
11.11.2024 - 22:00
"Qəbələ"nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.
Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.
Qeyd edək ki, I Liqada VI turun "Qəbələ" – "İmişli" oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.
- Yamal ən yaxşı adına layiq görüldü
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
- İngiltərə minimal hesabla qalib gəldi - YENİLƏNİB
- Elhad Naziri: "Adrian Mutuya şans verməyə dəyər" - Müsahibə
- “Quba”nın baş məşqçisi: “Başqa çıxış yolumuz yoxdur, mübarizə aparacağıq”
0
0