"Azərbaycandan öyrənəcəyimiz çoxlu şeylər var".
Apasport.az xəbər verir ki, bunu Namibiya Milli Olimpiya Komitəsinin prezidenti Abner Axel Xoaqub deyib.
Funksioner bildirib ki, bu turnirdə olmaq onun üçün şərəfdir:
"İnanmazdım ki, nə vaxtsa bu cür yarışı izləyəcəyəm. Azərbaycana gəldiyim üçün xoşbəxtəm. 100-ə yaxın ölkədə olmuşam. Amma burada ölkə ilə Milli Olimpiya Komitəsi arasında sıx əlaqəni heç yerdə görməmişəm. Bu səbəbdən hər iki tərəfə təşəkkür düşür".
O, təşkilatçılıqdan çox razı qaldığını diqqətə çatdırıb: "Hər şey möhtəşəmdir".
Qeyd edək ki, turnir oktyabrın 18-də başa çatacaq.
- Aslan Kərimov: “Onların büdcəsi "Qarabağ"ınkı qədər olsa, ağdamlılar bu cür lider olası deyil” - MÜSAHİBƏ
- İlham Əliyev və Mehriban Əliyeva Bakıdakı "Formula 1"ə baxıb
- Millimizin üzvü "Fənər"də - RƏSMİ
- Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
- Azərbaycanlı hakim "Srvena Zvezda"nın oyununa təyinat alıb