Messiyə görə stadionu dəyişdilər
09.01.2024 - 11:48
Amerikanın “Sportinq Kanzas Siti” klubunun rəhbərliyi "İnter Mayami" ilə görüşü daha böyük stadionda keçirməyə qərar verib.
Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, buna Lionel Messinin hədsiz populyarlığı səbəb olub.
Buna görə, "Sportinq Kanzas Siti" oyunu doğma stadionda keçirməkdən imtina edib. Görüş 76 min tamaşaçı tutumlu stadiona köçürülüb. Bu, klubun ev arenasının tutumundan 4 dəfə çoxdur.
Qeyd edək ki, komandalar arasında qarşılaşma bazar günü yanvarın 14-də baş tutacaq.
- "Siti” futbolçusunu icarəyə verib
- “Neftçi”dən növbəti transfer: Yapondan sonra o da komandaya qoşulur
- Laurentsiu Regekampf ilk yoxlama oyununu dəyərləndirdi - VİDEO
- Paralimpiyaçılarımız 9 ay ərzində 43 medal qazanıblar
- PFL-in yeni prezidenti: “Bu, oyunların şəffaf keçirilməsinə böyük köməklik göstərəcək”
0
0