4 parakarateçimiz final mərhələsinə yüksəlib
11.05.2024 - 00:44
![4 parakarateçimiz final mərhələsinə yüksəlib](https://apasport.az/storage/news/2024/may/11/big/663e82509843a663e82509843b1715372624663e825098438663e825098439.jpeg)
Azərbaycan yığmasının 4 parakarateçisi Xorvatiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, Emiliya Mitlinova, Vidadi Xalıqov, Eldar Əhmədov və Nihat Məmmədzadə həlledici döyüşə çıxacaq.
Daha 3 parakarateçimiz isə bürünc medal uğrunda yarışacaq. Rənad Əliyevin rəhbərlik etdiyi komandanın heyətində Ariana Mitlinova, Fərid Savadov və Hüseyn Məmmədli 3-cu yer uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, komandamız Avropa çempionatına AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadovun rəhbərliyi altında yollanıb.
0
0