Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə 10–12 aprel tarixlərində Bakı şəhərində “Grand Prix” beynəlxalq karate turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, yarış Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində baş tutacaq.
Turnirin açılış mərasimi 10 aprel tarixində saat 17:00-da keçiriləcək.
Yarışda 9 ölkəni təmsil edən ümumilikdə 700-ə yaxın idmançı iştirak edəcək.
“Grand Prix” turnirinin əsas məqsədi karate idman növünün inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan karateçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.
Qeyd edək ki, yarış çərçivəsində müxtəlif yaş və çəki dərəcələri üzrə görüşlər təşkil olunacaq, qaliblər müvafiq mükafatlarla təltif ediləcəklər.
- Orkun qol vurdu, Kenan Yıldızlı “Yuventus” məğlub oldu
- Sabiq “Ferensvaroş”lu: “Qarabağ”ın futbolçuları fərdi olaraq çox bacarıqlıdır”
- Fabian Ramos: “Neftçi”nin “Qarabağ”la cavab görüşündə geridönüş etməsi mümkünsüzdür"
- Baş məşqçi Ozobiçin durumundan danışdı: “Dizində əsnəmə oldu”
- Premyer Liqamızda “100”ü keçənlər - SİYAHI