
İngiltərə Premyer Liqasında XXXVII turun oyunları başa çatıb.
Apasport.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçirilib.
“Mançester Siti” doğma meydanda “Bornmut”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda “şəhərlilər” rəqibini 3:1 hesabı ilə məğlub ediblər.
Bu görüş həm də Kevin De Bruynenin “Mançester Siti”nin heyətində son oyunu olub. Belçikalı futbolçu azarkeşlərlə vidalaşıb.
Günün digər qarşılaşmasında isə “Kristal Pelas” öz meydanında “Vulverhempton”u 4:2 hesabı ilə məğlub edib.
İngiltərə Premyer Liqası
XXXVII tur
23:00. “Kristal Pelas” - “Vulverhempton” - 4:2
23:00. “Mançester Siti” - “Bornmut” - 3:1
- "Qarabağ"la matçda dubl edən futbolçu Türkiyə klubuna keçə bilər
- "Qarabağ"ın "Linkoln” ilə oyunlar üçün iştirak ərizəsi müəyyənləşib
- DÇ-2022: Əlçatmaz rekord
- Elbrus Məmmədov: "İndi futbolçu 5 manat artıq pula görə...” - Müsahibə
- “Qarabağ” “Mançester Siti”nin sabiq futbolçusunu istəyir – YALNIZ BİZDƏ