İtaliya A Seriyasında XXXI tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün lider "İnter" meydana çıxıb.
Komanda "Roma"nı qəbul edib. Matçda hesab erkən açılıb. İlk dəqiqədə Lautaro Martinez fərqlənib. Hissənin sonlarında Canluka Mançini hesabı bərabərləşdirib. Buna baxmayaraq, əlavə vaxtda Hakan Çalhanoğlu komandasını önə çıxarıb.
İkinci yarı daha məhsuldar alınıb. Öncə Martinez dublunu rəsmiləşdirib. Çox keçmədən Markus Türam və Nikolo Barella adlarını tabloya yazdırıblar. Matçda son nöqtəni Lorenzo Pelleqrini qoyub - 2:5.
Bu qələbə ilə xallarının sayını 69-a çatdıran "İnter" liderliyini davam etdirir. "Roma" isə 54 xalla 6-cı pillədə qərarlaşıb.