PSJ matça klub tarixinin ən gənc heyəti ilə çıxıb
11.05.2025 - 12:54
Fransa Liqa 1-də çempionluğu təmin edən PSJ rekorda imza atıb.
Apasport.az xəbər verir ki, komanda XXXIII turun "Monpelye" ilə görüşünə (4:1) klub tarixinin ən gənc start heyətini çıxarıb.
Meydanda yer alan futbolçuların orta yaşı 21 yaş 251 gün olub.
Paris təmsilçisinin əsas futbolçuları - Canluici Donnarumma, Əşrəf Hakimi, Markinyoş, Uilyam Paço, Nuno Mendeş, Vitinya, Fabian Ruiz və Usman Dembele matçın heyətində yer almayıblar.
Baş məşqçi Luis Enrike həmin oyunçulara istirahət verib.
- Rasim Ramaldanov: "Millinin hazırkı heyətində 2-3 futbolçu daha ola bilərdi" - Müsahibə
- Saşa Yunisoğlu: "Futbolçularımız sanki unudub ki, onları azarkeşlər izləyir" - Müsahibə
- "Qarabağ"ın "Linkoln” ilə oyunlar üçün iştirak ərizəsi müəyyənləşib
- ACF iştirakçılara sertifikatlar təqdim edib
- "Şəki"nin baş məşqçisi: "Bu, bizə əlavə motivasiya verdi"
0
0