“Tottenhem” evdə məğlub oldu
22.04.2025 - 01:38

İngiltərə Premyer Liqasında XXXIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
"Tottenhem" "Nottingem"i qəbul edib. 3 qolun vurulduğu görüşdə qonaqlar qələbəyə seviniblər.
Bu qələbə ilə "Nottingem" 3-cü pilləyə yüksəlib. Aktivində 60 xal olan komanda yalnız "Liverpul" və "Arsenal"dan geri qalır.
İngiltərə Premyer Liqası
XXXIII tur
21 aprel
23:00. "Tottenhem" - "Nottingem" - 1:2
0
0