Bakıda yeniyetmə və gənclər arasında rapid turniri keçirilib - FOTO
25.10.2025 - 15:25
Azərbaycan Şahmat Federasiyasının Uşaq-Gənclər Komissiyası Avropa çempionatına hazırlıq məqsədi ilə yeniyetmə və gənclər arasında rapid turniri keçirib.
Apasport.az xəbər verir ki, yarışdan əvvəl milli komandanın üzvləri Məhəmməd Muradlı və Ayan Allahverdiyeva gənc şahmatçılarla təcrübəsini bölüşüb.
40 şahmatçının iştirak etdiyi turnirdə 6 xal toplayan Məhəmməd Muradlı birinci yeri tutub.
Qalibdən yarım xal geri qalan Allahverdi Həmidov ikinci, 5 xalı olan Paşam Əlizadə isə üçüncü olub.
- Rauf Əliyev: “Qarabağ” hamını böyük nəticələrə inandırıb”
- "Mançester Siti"nin keçmiş kapitanı və baş məşqçisi vəfat edib
- Azərbaycan millisi 1/8 finalda Almaniya ilə üz-üzə gələcək
- Millətlər Liqası: Türkiyə Uelslə bacarmadı, Almaniyadan darmadağın - YENİLƏNİB
- Qurban Qurbanov: "Təəssüf ki, oyuna hazırlaşmağa vaxtımız az oldu"
0
0