Eltac Səfərli şahmat turnirində çempion olub
21.07.2024 - 22:55
Eltac Səfərli Belqradda təşkil olunan Serbiya Open-2024 şahmat turnirinin qalibi olub.
Apasport.az xəbər verir ki, o, 9 turdan sonra 7,5 xal toplayıb.
Şahmatçımız sonuncu turda Boyan Maksimoviçlə (Bosniya və Herseqovina) xalları yarıya bölüb. Bu, Eltaca 1-ci pillədəki mövqeyini qorumaq imkanı verib. Turnirin mükafat fondu 35 min avro olub.
Qeyd edək ki, Serbiya Open-2024-də 36 ölkədən 138 şahmatçı qələbə uğrunda mübarizə aparıb.
- Fernandu Santuş: “Bu mətbuata çıxarılası bir şey deyil”
- “Olimpiakos”un baş məşqçisi: “Qrup birincisi olmaq istəyirik”
- Mahir Məmmədov: “Rəcəbovun az oynamağının obyektiv səbəblərini açıqlamaq istəməzdim” - MÜSAHİBƏ
- Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli olub
- 3 saatlıq avtobus səfəri və növbəti məğlubiyyət
0
0