Azərbaycan şahmatçısı Mirsaleh Seyidli Gürcüstanın Batumi şəhərində “8th International Chess Festival – Batumi Municipality Cup-2024” beynəlxalq turnirində uğurlu çıxış edib.
Apasport.az xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzinin şagirdi B qrupunda 9 oyuna 6 xal toplayaraq 16 yaşadək şahmatçılar arasında ikinci olub.
Digər Naxçıvan şahmatçılarından Bəxtiyar Cəfərli və Amin Mirzəzadə yarım xallıq fərqlə mükafatçılar sırasından kənarda qalıblar.
Qeyd edək ki, 23 ölkədən 434 şahmatçının qatıldığı festivalda müvafiq reytinq göstəricilərinə əsasən A B, C qruplarında, o cümlədən 8,10 və12 yaşadək oğlan və qızlar arasında görüşlər keçirilib.
- Pedrinin favoritləri
- İdmançının valideyni od püskürdü: Mənə əsəbiləşdilər, uşağımı millidən kənarlaşdırdılar
- Universiada və Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
- Azərbaycan Kuboku: "Neftçi" səfərdə ən çox qələbə qazanan komandadır
- "Yuventus" da öz meydanında uduzdu