“Barselona”nın seriyası qırıldı
27.02.2023 - 10:59
![“Barselona”nın seriyası qırıldı](https://apasport.az/storage/news/2023/february/27/big/63fc54c93e69c63fc54c93e69d167748116163fc54c93e69a63fc54c93e69b.png)
“Barselona”nın La Liqadakı uğurlu seriyası qırılıb.
Apasport.az saytı xəbər verir ki, buna Xavinin komandasının “Almeriya”ya 0:1 hesabı ilə uduzması səbəb olub.
Bununla da Kataloniya təmsilçisinin 13 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.
Qeyd edək ki, 59 xalla turnir cədvəlinin lideri olan “Barselona” ən yaxın rəqibi “Real”ı 7 xal qabaqlayır. Komandanın növbəti turda rəqibi “Valensiya” olacaq.
0
0