İngiltərədən qol rekordu
05.12.2022 - 09:36
![İngiltərədən qol rekordu](https://apasport.az/storage/news/2022/december/05/big/638d83745ba7c638d83745ba7d1670218612638d83745ba77638d83745ba79.jpg)
İngiltərə özünün dünya çempionatlarındakı məhsuldarlıq rekordunu təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri Qətərdəki DÇ-2022-də artıq 12 qol vurub.
Futbolun yaradıcıları 1/8 finalda Seneqalı 3:0 hesabı ilə darmadağın edib. Bununla da İngiltərənin qol sayı 12-yə çatıb. Britaniyalılar DÇ-1998-də də 12 qol vurub.
Qeyd edək ki, İngiltərə 1/4 finalda Fransa ilə qarşılaşacaq.
0
0