![Kloppun 1000-ci, Aspilikuetanın 500-cü oyunu](https://apasport.az/storage/news/2023/january/21/big/63cc215baad3a63cc215baad3b167432226763cc215baad3663cc215baad38.jpg)
Bu gün Premyer Liqanın XXI turunun matçında "Liverpul" doğma meydanda "Çelsi" ilə qarşılaşıb və görüş qolsuz başa çatıb – 0:0.
Apasport.az xəbər verir ki, "Liverpul"un baş məşqçisi Yürqen Klopp üçün bu oyun onun məşqçilik karyerasında 1000-ci oyun olub.
"Maynts", "Borusiya" (Dortmund) və "Liverpul"u çalışdırdığı 1000 matçda almaniyalı mütəxəssis 538 qələbə qazanıb. Bunlardan 240-ı heç-heçə və 222-si məğlubiyyət olub.
Bu matç qarşı tərəfdə ispaniyalı müdafiəçi Sesar Aspilikueta üçün da əlamətdar olub. O, "Çelsi"də 500-cü matçını keçirib. Bununla da bu sayda oyun keçirən "Çelsi"nin ilk əcnəbi futbolçusu ünvanını əldə edib.