İsveçrə millisinin qapıçısı Yan Zommer unikal göstəriciyə imza atıb.
Apasport.az saytının məlumatına görə, yığmanın qolkiperinin qapısına təyin olunan son 5 penaltidən heç biri qol olmayıb.
O, Millətlər Liqasının VI turunda Çexiya ilə görüşdə də fərqlənib. Komandasının 2:1 hesablı qələbəsində payı olan Zommer penaltini qaytarıb.
Oyunsonrası seriyaları saymasaq, 2020-ci ilin noyabrından Yanın qapısına 11 metrlikdən qol vuran tapılmır. O, dörd dəfə zərbələri dəf edib. Zommer İspaniya millisinin müdafiəçisi Serxio Ramosun iki, italiyalı yarımmüdafiəçi Jorjinyo və Çexiyanın oyunçusu Tomaş Souçekin penaltisini dəf edib. Jorjinyonun daha bir zərbəsi isə çərçivəyə düşməyib.
- İlin ilk avtoqolu: Qeyri-adi antirekord
- Millimizin oyun təqvimi bəlli olub
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə
- Oduva: “Qarabağ”a niyə bu liqada olduğumuzu göstərməliyik” - MÜSAHİBƏ
- Güləş yığmamızın Avropa çempionatı üçün heyəti MÜƏYYƏNLƏŞDİ