Raşfordun mundialdan sonrakı qol statistikası göz oxşayır
16.03.2023 - 23:18
![Raşfordun mundialdan sonrakı qol statistikası göz oxşayır](https://apasport.az/storage/news/2023/march/16/big/64136e24da5f664136e24da5f7167899498064136e24da5f464136e24da5f5.jpg)
Markus Raşford DÇ-2022-dən bəri "Mançester Yunayted"in heyətində 23 oyunda 19 qol vurub.
Apasport.az xəbər verir ki, İngiltərə millisinin hücumçusu UEFA Avropa Liqasının "Betis"lə cavab oyununda (1:0) 56-cı dəqiqədə qol vurub.
Qeyd edək ki, Markus Raşford ümumilikdə cari mövsüm bütün yarışlarda 42 matça 27 qol vurub.
0
0