
Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçilığı ilə 13 yaşadək stolüstü tennisçilərin ölkə birinciliyinə yekun vurulub.
Apasport.az xəbər verir ki, gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən Sofiya Trofimenko və Vaqif Babayev şəxsi yarışlarda birinci olublar.
Qoşa mübarizədə Yasəmən Həbibova-Mehin Mirzəbalayeva və Vaqif Babayev-Zərbah Muradov tandemi baş mükafata layiq görülüb.
Qarışıq-qoşa yarışlardan isə Həzrət Kamilov ilə Xədicə Babazadə qalib ayrılıb.
Qeyd edək ki, budəfəki ölkə birinciliyinə müxtəlif şəhər və rayonların 100-ədək idmançısı qatılıb.
- Turan Manafov: “İsveç və Belçika ilə oyunlarda xal qazana bilərik” - Müsahibə
- Klub tarixinin ən bahalı milli üzvü 24 yaşında karyerasını bitirdi
- "Qəbələ"nin yeni transferi: "Özümü vətənimdəki kimi hiss edirəm"
- Yığmada kütləvi MİLLİLƏŞMƏ
- Qurban Qurbanov: "Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb"