Stolüstü tennisçilərimiz Çexiyaya yollanıb
10.07.2025 - 10:54
İyulun 11-də Çexiyanın Ostrava şəhərində yeniyetmə və gənc stolüstü tennisçilərin Avropa birinciliyi start götürəcək.
Apasport.az xəbər verir ki, Azərbaycan millisi yarışa 6 idmançı ilə qatılacaq.
Komandamızın heyətində Aylin Əsgərova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə yer alacaqlar. Onlar baş məşqçi Mixail Timofeyev, məşqçilər Elnur Hidayətzadə ilə Ramil Cəfərovun rəhbərliyi altında bacarıqlarını göstərəcəklər.
Tennisçulərimiz bu gün yarışın keçiriləcəyi Ostrava şəhərinə yola düşüb. Avropa çempionatına iyulun 20-də yekun vurulacaq.
- Taekvondo millimiz Avropa birinciliyindən 2 medalla qayıtdı
- Jurnalistlər Azərbaycan millisinə inanmır - SORĞU
- Mika Qodz: “Bakı məni sözün yaxşı mənasında təəccübləndirdi” - EKSKLÜZİV
- Aqil Nəbiyev: "Məqsədimiz Estoniya üzərində də qələbə qazanmaqdır"
- Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq quruma üzv qəbul edilib
0
0