ATF nümayəndəsi beynəlxalq turnirdə Təşkilat Komitəsinin rəhbəri olacaq
25.06.2025 - 11:39
Azərbaycan Taekvondo Federasiyasının (ATF) nümayəndəsi, beynəlxalq dərəcəli hakim Coşqun Nadirov Gürcüstanda keçiriləcək “IMERETI OPEN 2025” beynəlxalq taekvondo turnirinə Təşkilat Komitəsinin rəhbəri qismində dəvət alıb.
Apasport.az xəbər verir ki, iyunun 26–29-u aralığında baş tutacaq yarışın təşkili və idarə olunmasında azərbaycanlı mütəxəssisə üstünlük verilməsi ölkəmizin taekvondo sahəsindəki yüksək nüfuzunun göstəricisidir.
Qeyd edək ki, Coşqun Nadirov bir sıra beynəlxalq yarışlarda hakim kimi uğurlu çıxış etmiş, peşəkarlığı ilə tanınan təcrübəli mütəxəssislərdəndir.
- Junior Martins: "Zirə"nin qrup mərhələsinə düşmək şansı var" - Müsahibə
- AFFA-nın yeni prezidenti: "Etimada görə təşəkkür edirəm"
- Avstriya Belçikada liderliyi qorudu
- Avropa çempionatı: Daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq
- Jurnalistləri söyən italyan və tarix yazan çeçen - Qazaxıstanın uğurunun memarı
0
0