
Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov "ustad dərsi" keçib.
Apasport.az xəbər verir ki, tədbir Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Taekvondo Federasiyasının (ATF) dəstəyi ilə ATF-nin məşq zalında baş tutub.
Paralimpiya, dünya və Avropa çempionunun "istad dərsi"ndə 30-a yaxın uşaq və yeniyetmə parataekvondoçu iştirak edib. Millinin üzvlərinin və məşqçi heyətinin də qatıldığı tədbirdə parataekvondonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzular əhatə olunub.
Bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və parataekvondonu təbliğ etməkdir.
- La Liqa: “Valensiya” və “Osasuna” evdə 3 xala sevinib
- Arif Əsədov: "7:0 hesabı ilə uduzmaq acınacaqlı məğlubiyyətdir"
- Tayson Fyuri çempionluq kəmərini 3-cü dəfə müdafiə etdi
- “Sumqayıt”ın basketbolçusu: “Burda əsl istedadımı nümayiş etdirə bilirəm”
- Azərbaycan və Gürcüstan Qolf Federasiyaları əməkdaşlığa başlayıb