Kişi parataekvondoçulardan ibarət milli komandamız Paralimpiya ikincisi olub!
Apasport.az xəbər verir ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında 3 parataekvondoçu ilə təmsil olunan kişilərdən ibarət milli komandamız 1 qızıl və 1 bürünc medal ilə yekun sıralamada ikinci pilləni tutub.
İmaməddin Xəlilov (K44, 70 kq) qızıl, Sabir Zeynalov (K44, 58 kq) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kq) 1/4 finala kimi irəliləyib.
Birinci pillədə qardaş Türkiyə komandası, üçüncü pillədə isə Böyük Britaniya yığması yer alıb.
Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunurdu.
- “Kəpəz”dən əzmkar qələbə - YENİLƏNİB
- Ülvi İsgəndərov: “Belə olan halda, Birinci Liqaya düşməyimiz normaldır” - MÜSAHİBƏ
- "Bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq" - "Neftçi"dən bəyanat
- Ayxan Abbasov: “Məğlub olmamağımız sevindirici haldır”
- Salahın “Beşiktaş”a keçidi niyə baş tutmadı? – Səbəb bəlli oldu