
Rumıniyalı tennisçi Simona Halep 2026-cı ilədək diskvalifikasiya olunub.
Apasport.az-ın məlumatına görə, o, antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb.
2022-ci ilin payızında avqustunda US Opendə Simonanın qanında qadağan olunmuş preparat tapılmışdı. Bundan sonra Beynəlxalq Tennis Federasiyası tərəfindən yarışlardan uzaqlaşdırılan idmançı haqqında bu dəfə daha ağır qərar verilib. O, 2026-cı il oktyabrın 6-dək bütün yarışlardan uzaqlaşdırılıb. Halep qərardan Beynəlxalq Arbitraj Məhkəməsinə şikayət edəcək.
Qeyd edək ki, dünyanın bir nömrəli qadın tennisçisi olan Simona iki dəfə “Böyük Dəbilqə” yarışının qalibi olub.
- Almaniya yığması İspaniyadan kömək istədi
- Daha bir boksçumuz finalda, ikisi bürünc medal qazandı
- Ramal Hüseynov: “Azərbaycan millisinin hazırkı durumu çox bərbad və utancvericidir”
- Beynəlxalq Boks Assosiasiyasının keçmiş nümayəndəsi Azərbaycana gəlib
- De Byazi rekordlara çatdı – milli ilə yeni tarixə doğru