AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb
10.09.2025 - 13:46
Azərbaycan Voleybol Federasiyasının həkimi, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və Avropa Voleybol Konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Apasport.az xəbər verir ki, o, çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında iştirak edəcək.
Həmyerlimiz 10-14 sentyabr tarixlərində İtaliyanın Corigliano Rossano şəhərinə baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.
- Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
- İspaniyalı futbolçu PSJ-dən ayrıla bilər
- Basketbol Liqasında final təqvimi bəlli oldu
- Çempionlar Liqasında 1/4 final cütləri müəyyənləşdi
- DÇ: “Yuventus” və "Siti"dən darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİB
0
0