
Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə Təşkilat Komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan “İnfort” şirkətinin əməkdaşları Azərbaycanda səfərdə olublar.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Səfər qadınlar arasında qitə çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədi daşıyıb. Qonaqlar qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə ediblər.
Qeyd edək ki, AVRO-2026-da qitənin 24 komandası dörd qrupda mübarizə aparacaq. Ölkəmiz 2026-cı il avqustun 21-dən sentyabrın 6-dək baş tutacaq turnirin bir qrupuna ev sahibliyi edəcək. Bu matçlar Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.
- Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib
- "Neftçi" cəzalandırılan azarkeşlərlə bağlı: "Heç yerə şikayət etməmişik"
- Asiya Kubokunda son 16 turun cütlükləri açıqlandı
- İşğaldan azad olunmuş kənddə cüdo bölməsi fəaliyyətə başladı
- “Formula-1” Azərbaycan Qran-Prisi başlayır