Azərbaycan çempionatı: Şərqi Zəngəzur çempion olub
06.04.2026 - 23:20
Azərbaycan çempionatı: Şərqi Zəngəzur çempion olub

18 yaşadək oğlan voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.

Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada Şərqi Zəngəzur Regional Voleybol Klubu Ordu Voleybol Klubu ilə üz-üzə gəlib.

Dilqəm Qəhrəmanovun yetirmələri rəqibini 3:0 hesabı məğlub edərək çempionatın qalibi olublar.

Qeyd edək ki, Şərqi Zəngəzur Regional komandası mövsüm ərzində keçirdiyi 11 rəsmi oyunun hamısında qələbə qazanıb.