Azərbaycan voleybolçusu çıxışına görə MÜKAFATLANDIRILDI
08.01.2024 - 15:40

20 yaşadək qızlar (U-20) arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edən Azərbaycan millisinin üzvü Vlada Kavtunova yarışda fərqlənən oyunçular sırasında yer alıb.
Apasport.az xəbər verir ki, yığmamızın liberosu 3-7 yanvar tarixlərində Litvanın Şaulyay şəhərində təşkil olunmuş çempionatda komandamızın heyətində ən yaxşı oyunçu seçilib. Vlada təşkilat komitəsi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, millimiz sözügedən çempionatda 5 oyun keçirib və hər birində 0:3 hesabı ilə məğlub olub.
- Boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 2 gümüş medal qazanıblar
- Yeqor Xvalko: "Oyunçularımız yaxşı təkliflərə getdilər, bizim buna gücümüz çatmır" - Müsahibə
- Kikboksçumuz Avropa Oyunlarında çempion oldu
- Püşkatmaya doğru: Avrokuboklarda klublarımızın rəqiblərinin TAM SİYAHISI
- Rövşən Nəcəf istefa verdi - RƏSMİ
0
0