![“Azərreyl” Ukrayna klubuna qarşı](https://apasport.az/storage/news/2023/october/18/big/652f79f8ac86c652f79f8ac86d1697610232652f79f8ac86a652f79f8ac86b.webp)
Bu gün “Azərreyl” Çelenc kubokunda növbəti görüşünə çıxacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsində cavab görüşünə çıxacaq.
Bakı klubu Ukrayna təmsilçisi “Balta” ilə qarşılaşacaq. Bir gün əvvəl Bakıda təşkil olunan ilk matçda 3:0 (25:18, 25:18, 25:18) hesablı qələbə qazanan “Azərreyl” 1/16 finala vəsiqə üçün üstünlüyünü qorumağa çalışacaq.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, qarşılıqlı razılaşma ilə rəqiblər arasında hər iki görüş Bakıda keçirilir. Dünənki matçda “Azərreyl”, bu gün “Balta” nominal meydan sahibidir.
Çelenc Kuboku
1/32 final
Cavab oyunu, 18 oktyabr
20:00. “Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi
İlk oyun – 0:3