Gəncə klubu yeni transfer etdi
18.05.2024 - 22:00
![Gəncə klubu yeni transfer etdi](https://apasport.az/storage/news/2024/may/18/big/6648f8403cb836648f8403cb8417160581766648f8403cb816648f8403cb82.jpeg)
"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, gəncəlilər Azərbaycan millisinin üzvü Ülkər Kərimova ilə anlaşıb.
Onunla 1 illik müqavilə imzalanıb. Kərimova komandanın yeni kapitanı olacaq.
Qeyd edək ki, voleybolçu ötən mövsümü "Abşeron"da keçirib.
0
0