Millimiz Portuqaliya ilə qarşılaşacaq
21.06.2026 - 11:45
Azərbaycanın kişi voleybolçulardan ibarət yığması bu gün Avropa Liqasında növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda Portuqaliya ilə qarşılaşacaq.
Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq.
Qeyd edək ki, milli Bakıda keçirilən mərhələnin ilk oyununda Macarıstana 1:3 (19:25, 25:22, 27:229, 16:25) hesabı ilə məğlub olub.
0
0