![Millimizdən məğlubiyyət](https://apasport.az/storage/news/2022/august/03/big/62ea17a77922562ea17a779226165950864762ea17a77922362ea17a779224.jpg)
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2023-ün təsnifat mərhələsində mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, komandamız bu gün ilk oyununu keçirib.
A qrupunda qərarlaşan Pərviz Səmədovun yetirmələri I turda Danimarka ilə üz-üzə gəlib. Bakıdakı Voleybol Mərkəzində baş tutan matçda komandamız xalsız qalıb. Millimiz dörd set davam edən qarşılaşmadan məğlub ayrılıb – 1:3.
AVRO-2023-ün təsnifat mərhələsi
A qrupu
3 avqust
18:00 Azərbaycan – Danimarka - 1:3 (22:25, 25:23,16:25, 16:25)
Bakı. Voleybol Mərkəzi
Qeyd edək ki, millimiz qrupda ikinci oyununu avqustun 6-da eyni məkanda Türkiyəyə qarşı keçirəcək. Həmin görüşün də startı 18:00-a təsadüf edəcək.