![Türkiyə - Avropa çempionu!](https://apasport.az/storage/news/2023/september/04/big/64f4efb34d53064f4efb34d531169377374764f4efb34d52e64f4efb34d52f.jpg)
Türkiyə yığması qadınlar arasında təşkil olunan Avropa çempionatının qalibi olub.
Apasport.az saytı xəbər verir ki, “ay-ulduzlular” Serbiya komandasının məğlub ediblər.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 3:2 hesabı ilə yekunlaşıb. Hesabda 1:2 hesabı ilə geri düşən Türkiyə millisi böyük əzmkarlıq göstərib.
Qeyd edək ki, Türkiyə voleybolçuları tarixdə ilk dəfə Avropa çempionu olublar. Qardaş ölkə təmsilçiləri 2003 və 2019-cu illərdə finalda uduzublar. Serbiya yığması isə ardıcıl iki finalda məğlubiyyət acısı yaşayıblar. Komanda 2021-ci ildə həlledici oyunda İtaliya ilə görüşdə məğlub olub.
Avropa çempionatı
3 sentyabr
Final
Serbiya – Türkiyə - 2:3 (27:25, 21:25, 25:22, 22:25, 13:15)
3-cü yer uğrunda matç
Hollandiya – İtaliya - 3:0 (25:23, 28:26, 25:20)