"Xilasedici" Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxacaq
07.01.2026 - 10:15
"Xilasedici" Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyununa çıxacaq

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsinin cavab oyunu çıxacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün Belçikada yerli "Lindemans" kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Qeyd edək ki, Bakıda baş tutan ilk görüşdə rəqib 3:0 hesablı qələbə qazanıb.