Yüksək Liqa: III turun oyun cədvəli açıqlanıb
28.10.2025 - 19:28
Yüksək Liqa: III turun oyun cədvəli açıqlanıb

Kişi voleybolçular arasında Yüksək Liqanın III turunun növbəti qarşılaşmalarının keçirilmə tarixi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 30-da 1-ci turdan təxirə salınmış “Gənclər” - “Xilasedici” qarşılaşması keçiriləcək. FHN-in idman zalında təşkil olunacaq görüş saat 16:00-da start götürəcək.

Noyabrın 6-da isə Yüksək Liqanın III turunun oyunları keçiriləcək.

Yüksək Liqa (kişilər)
I tur (Təxirə düşən oyun)
30 oktyabr
16:00. “Gənclər” – “Xilasedici”

FHN-nin idman zalı

III tur
6 noyabr
16:00. “Murov Az Terminal” – “Ordu”

“Murov Az Terminal” VK-nın idman zalı

16:00. “Gənclər” - “Neftçi”
Abşeron OİK

17:00. “Xilasedici” - “Azərreyl” 
FHN-in idman zalı