Yüksək Liqa: VIII tura yekun vurulacaq
30.01.2025 - 09:18
![Yüksək Liqa: VIII tura yekun vurulacaq](https://apasport.az/storage/news/2025/january/30/big/679b0ba4bbfc3679b0ba4bbfc41738214308679b0ba4bbfc1679b0ba4bbfc2.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün VIII tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, sonuncu oyunda "Azərreyl" "Xilasedici" ilə üz-üzə gələcək.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 16:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Neftçi" MOİK-i, “Gənclər” “Murov Az Terminal”ı 3:0 hesabı ilə üstələyib.
0
0