Yüksək Liqada VI tura yekun vurulacaq
18.01.2025 - 10:33
![Yüksək Liqada VI tura yekun vurulacaq](https://apasport.az/storage/news/2025/january/18/big/678b4b93f3bb5678b4b93f3bb61737182099678b4b93f3bb3678b4b93f3bb4.jpg)
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VI tura yekun vurulacaq.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə 1 qarşılaşma keçiriləcək.
"Xilasedici" və "Gənclər" komandaları arasında saat 16:00-da başlayacaq görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.
Qeyd edək ki, turun əvvəlki iki görüşündə “Murov Az Terminal” MOİK-i, "Azərreyl" "Neftçi"ni 3:0 hesabı ilə məğlub edib.
0
0