Yüksək Liqanın III turunda daha bir matç keçirilib
20.11.2025 - 17:22
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turunda daha bir matç keçirilib.
Apasport.az xəbər verir ki, "DH Volley" klubu "Murov Az Terminal"la üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan matç "DH Volley" kollektivinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə UNEC "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. III tura noyabrın 21-də yekun vurulacaq.
- Voleybolçularımız Ermənistan təmsilçilərini məğlub ediblər
- Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
- İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başlayıb
- “Siti” Braziliya millisinin üzvünü istəyir - 80 milyon avronu gözdən çıxarıb
- Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
0
0