19 yaşlı alman yarımmüdafiəçi Avropa nəhənglərinin hədəfində
29.11.2025 - 14:58
“Leypsiq”in yarımmüdafiəçisi Assan Uedraoqo bu mövsüm göstərdiyi çıxışla Avropanın nəhəng klublarının diqqətini çəkib.
Apasport.az “Bild”ə istinadən xəbər verir ki, almaniyalı oyunçunu izləyənlər arasında “Liverpul”, “Arsenal”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted” və “Çelsi” klubları var.
“Leypsiq” Uedraoqonu 100 milyon avro dəyərində qiymətləndirir.
Qeyd edək ki, Assan bu mövsüm Bundesliqa təmsilçisinin heyətində çıxış etdiyi 12 rəsmi matçda 3 qol və 4 assistlə yadda qalıb.
- Sərbəst güləş millimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu
- "Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə başlayır
- Azərbaycanlı hakim Avropa çempionatının yarımfinal mərhələsinə təyinat alıb
- FHN-in əməkdaşları üzgüçülük yarışında uğurla çıxış ediblər
- Orxan Əliyev Azərbaycan çempionatlarında 25-ci qolunu vurdu
0
0