37 yaşlı futbolçu İtaliya klubunda
23.12.2022 - 17:27
Meksika millisinin qapıçısı Gilyermo Oçoanın yeni klubu bəlli olub.
Apasport.az saytlının məlumatına görə, 37 yaşlı əlcək sahibi karyerasını Avropada davam etdirəcək.
Oçoa “Salernitana” ilə anlaşıb. O, yanvarda qoşulacağı İtaliya klubu ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Anlaşmada sonradan bir il uzadılma bəndi də yer alıb. Meksikalı “Salernitana”ya azad agent statusu ilə keçib.
Qeyd edək ki, Oçoanın Meksika təmsilçisi “Amerika” ilə müqaviləsi dekabrın 31-də başa çatacaq.
- Levandovski "Fənərbaxça"nın təklifini rədd edib
- "Fənərbaxça" 15 milyona transfer etdiyi futbolçunu göndərir
- Çempionlar Liqası: "Barselona"dan qələbə, “Siti” yenə məğlub oldu - YENİLƏNİB
- Azərbaycanın yunan-Roma güləşçiləri Budapeştdə daha iki medal qazanıblar
- Zlatko Daliç: "Əsas favoriti sıradan çıxardıq"
0
0