Mbappe məşqlərə başlayır
15.09.2023 - 11:23
![Mbappe məşqlərə başlayır](https://apasport.az/storage/news/2023/september/15/big/6504067646c656504067646c6616947626146504067646c636504067646c64.png)
Killian Mbappe zədəsini sağaldıb.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin forvardı sentyabrın 16-da parislilərin məşqində iştirak edəcək.
24 yaşlı forvard patella vətərinin zədələnməsindən əziyyət çəkirdi. Həkimlərin son müayinəsindən sonra futbolçunun tam sağaldığı bəlli olub.
Qeyd edək ki, bu mövsüm 3 matçda iştirak edən Mbappe 5 qola imza atıb.
0
0