37 yaşlı qapıçı ilə müqavilə pozuldu - SƏBƏB
15.04.2023 - 16:28
"Selta" Dieqo Alveslə müqaviləni pozub.
Apasport.az saytı xəbər verir ki, komandaya bu ilin fevralında cəlb edilən qapıçının çıxışı ispan klubunu qane etməyib.
37 yaşlı braziliyalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hazırda qolkiper zədəsini sağaltmaqla məşğuldur.
Qeyd edək ki, Dieqo Alves əvvələr “Almeriya”, “Valensiya” və “Flamenqo” kimi komandaların şərəfini qoruyub.
- İngiltərədə menecerlərə ən çox pul verən klublar bəlli oldu
- AKF-nin prezidenti: "Rafael Ağayev bizimçün çox dəyərli idmançıdır"
- Millimiz Gürcüstan yığması ilə heç-heçə edib
- "Neftçi" futbolçuları ilə müqaviləni artırıb, icarəyə verdi
- FİFA-nın yeni layihəsi bizə nə qatacaq? - Futbol ictimaiyyətinin fikirləri
0
0