Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı
29.02.2024 - 13:13
![Kamerun millisi baş məşqçisi ilə yollarını ayırdı](https://apasport.az/storage/news/2024/february/29/big/65e04a8c923df65e04a8c923e0170919796465e04a8c923dd65e04a8c923de.jpg)
Kamerun millisi baş məşqçisi Riqobert Sonqla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyası məlumat yayıb.
47 yaşlı çalışdırıcının fevralın 28-də başa çatan müqaviləsinin yenilənməyəcəyi bildirilib.
Federasiya prezidenti Samuel Eto Fransa televiziyasına açıqlamasında kamerunlu mütəxəssis barəsində bunları deyib: "O, bu komandaya çox töhfə verdi. Ancaq hədəflərimizə çata bilmədik. Ona gələcək karyerasında uğurlar arzulayırıq".
2022-ci ilin martından Kamerun millisini çalışdıran Sonq 23 matçda 6 qələbə, 8 heç-heçə və 9 məğlubiyyətlə yadda qalıb.
0
0