42 yaşlı futbolçudan yeni müqavilə
21.09.2023 - 16:34
42 yaşlı Rodriqo Tabata aktiv futbolçu karyerasına davam edir.
Apasport.az saytı xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi Qətərin “Əl Rayyan” klubu ilə anlaşıb.
Qətər millisinin də şərəfini qorumuş Braziliya əsilli futbolçunun son klubu “Əl Sədd” olub. Tabata futbolsevərlərə daha çox Türkiyədə “Beşiktaş” və “Qaziantepspor”dakı çıxışları ilə tanışdır.
Qeyd edək ki, Qətər millisi ilə 19 matça çıxan Rodriqo rəqib qapıçıları 2 dəfə məyus edə bilib.
- Eren Aydın: “Qarabağ", "Sabah" - KİM GƏLİRSƏ GƏLSİN
- Şahruddinin komanda yoldaşı heyətdən kənarlaşdırıldı
- Deşam ardıcıl 2 mundial finalına komanda çıxaran 4-cü məşqçi oldu
- Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub: "Dubay Marafonu" - FOTO
- Gürcüstan millisinin hücumçusu Almaniya klubunda - Rəsmi
0
0