450 qol vuran vunderkind “Siti”nin radarında
27.09.2023 - 12:18

“Mançester Siti” yeniyetmə vunderkində elçi düşüb.
Apasport.az saytı xəbər verir ki, Mançester təmsilçisi "Milan"ın hücumçusu Françesko Kamardanı transfer etməyə hazırlaşır.
Avropanın top-komandalarının diqqət mərkəzində olan bombardir 13 yaşına qədər 450-dən çox qol vurmağı bacarıb. Danışıqları davam etdirən “şəhərlilər” forvardın karyerasını komandanın futbol akademiyasında davam etdirməsini istəyirlər.
Qeyd edək ki, 15 yaşlı Kamarda bu mövsüm “Milan”ın U-15 komandası ilə çıxdığı 6 matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Zəlzələ nəticəsində 5 türkiyəli güləşçi dünyasını dəyişib
- “Tottenhem”də “Qalatasaray”la matç öncəsi ciddi itkilər
- Fərid Qayıbov Beynəlxalq Gimnastika Federasiyasının prezidenti vəzifəsinə namizəd olub
- "Aston Villa"nın hücumçusu “Yuventus”a keçə bilər
- Azərbaycanın ən güclü yeniyetmə boksçuları bəlli olub
0
0