7:0 qələbə qazanan baş məşqçi istefa verdi
31.03.2023 - 21:23
![7:0 qələbə qazanan baş məşqçi istefa verdi](https://apasport.az/storage/news/2023/march/31/big/642718b079ad6642718b079ad71680283824642718b079ad4642718b079ad5.jpg)
İslandiya millisinin baş məşqçisi Arnar Vidarsson istefaya göndərilib.
Apasport.az xəbər verir ki, İslandiya Futbol Assosiasiyasının yaydığı məlumata görə, mütəxəssislə yollar ayrılıb.
Maraqlıdır ki, istefa, yığmanın AVRO-2024-ün seçmə mərhələsinin II turunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsindən sonra baş verib. İlk turda isə komanda Bosniya və Herseqovinaya 0:3 uduzub.
Qeyd edək ki, Arnar Vidarsson 2020-ci ildən bu komandanı çalışdırıb.
0
0