![AFFA-nın baş katibindən FİNAL AÇIQLAMASI](https://apasport.az/storage/news/2022/may/25/big/628e1b472539c628e1b472539d1653480263628e1b472539a628e1b472539b.jpg)
Bu gün Konfrans Liqasında, mayın 28-də isə Çempionlar Liqasında final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, “Roma” – “Feyenoord” və “Liverpul” – “Real” matçları ilə 2021/22 mövsümü başa çatacaq.
AFFA-nın baş katibi Sərxan Hacıyev həlledici qarşılaşmalarla bağlı fikirlərini bildirib. Gənc funksioner Tirana və Parisdəki görüşlərdə bol qollu mübarizəyə ümid edir:
“Hər iki finalda gözəl təşkilatçılıq, maraqlı və gərgin mübarizə, yüksək futbol keyfiyyəti görəcəyimizə inanıram. Futbolun gözəlliyi qoldur, ümidvaram ki, bol qollu oyunlar olacaq. Hər iki finalda möhtəşəm oyun gözləyirəm”.