Super Liqa nəhənglərindən "Fənərbaxça"nın prezidenti Ali Koç Ülker Stadionunda gündəmlə bağlı açıqlamalar verib.
Apasport.az xəbər verir ki, Koç Türkiyə Futbol Federasiyasının əcnəbi VAR hakim qərarını dəyərləndirib:
"Bu qərarı məmnunluqla qarşıladıq. Amma bir məsələni anlaya bilmədik. TFF "bir müddət" dedikdə nəyi nəzərdə tutur? Mövsümün ikinci yarısında bu qərar qüvvədə olacaq, yoxsa ikinci dövrənin bir neçə həftəsində? Ancaq əminliklə deyə bilərəm ki, xarici VAR qərarı bütün matçlarda istifadə edilməlidir. Əgər belə olmayacaqsa, biz bu qərarı dəstəkləməyəcəyik. Çünki ən böyük hakim səhvləri Anadolu matçlarında qeydə alınır. Televiziyalar bu matçları yayımlamadığı üçün ora yetəri qədər diqqət ayrılmır. Açıq şəkildə bildirirəm ki, xarici VAR sistemi ikinci dövrənin bütün matçlarında olmalıdır".
Qeyd edək ki, TFF-nin qərarına əsasən, mövsümün ikinci hissəsindən etibarən əsas oyunlara əcnəbi VAR dəvət olunacaq.
- İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
- Acun Ilıcalının ittihamlarına "Qalatasaray"dan cavab
- Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub
- La Liqa: “El Klasiko”nun qalibi kim olacaq?
- Bakıda keçiriləcək Dünya Kubokunda 38 ölkə iştirak edəcək