Luka Modriç "Real"ın məşqçilər korpusunda yer almaq şansı qazanıb.
Apasport.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti xorvatiyalı yarımmüdafiəçiyə məşqçilər korpusunda yer almağı təklif edib.
38 yaşlı futbolçu mövsümün sonunda karyerasını bitirərsə, o zaman Don Karlonun komandasında işləyə bilər. Düzdür, Modriç ilkin mərhələdə bu çağırışa müsbət reaksiya verməyib. Ancaq futbolçunun fikrini dəyişmək etimalı da var. İddialara görə, Luka yayda klublardan hansı təkliflər alacağını gözləyir və yalnız bundan sonra gələcəyi ilə bağlı qərar verəcək.
Qeyd edək ki, bu mövsüm 28 matçda forma geyinən Modriç, 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qəbələ” – “Zirə” oyununun hakimləri açıqlandı
- Həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
- Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
- Messi gedərsə, o gələcək
- Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”